Avqust
ayının 6-ı 2011-ci il… İlk bloq yazısı yazdığım gün…
Məni sizə bir bloqçu kimi tanıdan gün...
Bugün nə az,
nə çox, beş il tamam olur. Həqiqətən də səhifəmin statistik rəqəmlərinə baxanda
çox sevinirəm, çünki bu işdə bu qədər uğurlu qazanacağımı bilməzdim. Maraqlıdır ki, heç bir reklam və piar olmadan sadəcə öz facebook profilim vasitəsilə
paylaşdığım yazılara müxtəlif - xüsusilə Türkiyə,
ABŞ, Portuqaliya, Rusiya, Almaniya, Hollandiya, Böyük Britaniya, Fransa,
Ukrayna, Əlcəzair ölkələrdən daxil olmalar var və 9615 oxucu tərəfindən mütəmadi olaraq yazılar oxunur.
Ardını oxumağı unutmayın...
Ardını oxumağı unutmayın...
Bu yazı sayca 46-cıdır. Beş il ərzində demək olar
ki, bütün mövzularda yazmağa çalışmışam, Xaricdə təhsil qaydaları, turizm təklifləri,
nəqliyyat, Avropa təhsil sistemi, Avropa və ABŞ universitetlərində təhsil alan
tələbələrlə müsahibələr, şəhərdə olan
problemlərdən, sosial, infrastrukrur sahələrində, din, dövlət, şəxsi inkişaf və
motivasiya proqramlar, hətta şou-biznes problemlərindən
də yazmışam. Ən çox oxunan yazılar sırasında aşağıdakılar var:
Avropa Təhsil Sistemi
Kənd məktəbindən xaricdə təhsilə- Emil Göyüşzadə ilə
MÜSAHİBƏ
Televizya kanallarının araq“sevda”sı,
Tarixini unudanların gələcəyi olmaz!!!,
Həyat yoxsa həvəs xətrinə olum?!,
Vətən daşı olmayandan, olmaz olkə vətəndaşı,
Müəmma...
Tarixini unudanların gələcəyi olmaz!!!,
Həyat yoxsa həvəs xətrinə olum?!,
Vətən daşı olmayandan, olmaz olkə vətəndaşı,
Müəmma...
ABŞ-da təhsil almış Gülşən Hüseynli ilə
müsahibə
Xaricdə təhsil almaq üçün nə etməliyik?
Özünüz-özünüzü öldürməyin!
Porto
Universitetində magistr təhsili alan ilk azərbaycanlı tələbə ilə MÜSAHİBƏ
“İntellektual” idarə olunan Bakı nəqliyyatı
Olimpiyadaların
bol olsun, Azərbaycan!
Turizm və
biz
Türkiyədə nələr baş verir?!
Əziz və dəyərli oxucular,
hər şey üçün təşəkkürlər. Bu beş ildə dəyərli vaxtınızı ayırıb yazılarımı
oxudunuz üçün sonsuz təşəkkürlər. 5 ildə 46 araşdırdığım yazını sizlərlə
bölüşdüm. Hər zaman keyfiyyətli araşdırmalar təqdim etməyə çalışdım, sizlərin rəyləri,
təklif və fikirləri olduqca əhəmiyyətlidir.
.
Hər zaman dediyim kimi “Növbəti yazılarda oxunulmaq ümidilə” deyərək sağollaşıram.
Vahid Məsimov


No comments:
Post a Comment