August 20, 2016

TURİZM VƏ BİZ-2

Salam, dəyərli oxuyucular! “Turizm və Biz” adlı yazının ilk hissəsində Azərbaycan turizm potensialı, birbaşa turist axının artmasına səbəb olan amillər barəsində yazmağa çalışmışdım. Əvvəlki yazını oxuya bilməyənlər aşağıdakı link vasitəsilə buyurub yazını oxuya bilərlər:



Ardını oxumağı unutmayın...
Son zamanlar Bakıda və bəzi füsunkar mənzərəsi olan şəhərlərimizdə, xüsusilə də ərəb turistlərin olması olduqca müsbət hal kimi dəyərləndirmək olar. Buna birbaşa təsir edən amillər sırasında əvvəlki yazıda da qeyd etdiyim kimi sadələşdirilmiş viza rejiminin tətbiq edilməsidir. Qonşu Gürcüstan və Türkiyəni bu baxımdan yaxşı nümunə saymaq olar. Həmçinin, manat məzənnəsinin dollara nisbətən ucuzlaşması də, ərəb turistlərinin Vətənimizə axınını şərtləndirən əsas amillərdən hesab etmək olar.

Turizm sektorunun inkişafına birbaşa təsir edən amillər barəsində əvvəlki yazıda qeyd etmişdim. Əlavə olaraq qeyd etmək istərdim ki, Avropada aşağı büdcəli insanlar üçün mehmanxanahostel tipli qonaqlama məkanları olduqca çoxdur. Hətta Avropanın ən bahalı şəhərlərindən hesab olunan Vyana, Paris, Zurix, Kopenhagen, Oslo kimi şəhərlərdə belə. Evlərin, otaqların kirayəsi ilə məşğul olan internet səhifələri də mövcuddur. Olduqca əlverişli qiymətlərə, hər tələbə uyğun olaraq təkliflər mövcuddur. Əhəmiyyətli olan bir neçə web-səhifə:

http://www.booking.com/- otel, mehmanxana və hostellər üçün;

https://www.airbnb.com/- evlər və otaqlar üçün:

Evləri kirayə etməklə mətbəxdən də istifadə etmək olur ki, bu da bir qədər xərcləri azaltmağa imkan verir. Pulu az olub, istirahət etmək istəyən insanlar üçün olduqca faydalı təkliflərdir. Həmçinin, ev sahibi və onun ailəsi ilə tanış olmaq imkanların olur. Təsəvvür edin bir neçə ölkəyə səyahət edərək, həm də yerli insanlarla tanış olub fikir mübadiləsi aparmaq mümkündür. Bunun sayəsində bu gün də Avropanın bir sıra ölkələrində dostlaşdığım insanlar çoxdur.

Avtobus, muzey, əyləncə və s. kimi biletlərin onlayn satışının təklif olunması olduqca vacib amillərdəndir.

Turizm sektoru olduqca gəlirli sahədir. Turizmin inkişafı zamanı kiçik sahibkarlarından tutmuş böyük biznesmenlərə kimi hər kəs gəlir əldə edir. Təsadüfi deyil ki, 2014-cü ilin yekunları üzrə ABŞ (177,2 mlrd ABŞ dolları), İspaniya (65,2 mlrd ABŞ dolları),  Çin (56,9 mlrd ABŞ dolları) turizmdən ən çox gəlir əldə edən ölkələr siyahısında ilk üçlükdə olmuşdu.


Turizm sektorunu inkişafımıza təkan verəcək bir sahəyə çevirmək arzusu ilə növbəti yazılarda oxunmaq ümidilə...


Vahid Məsimov

1 comment:

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...