January 28, 2017

AVROPA NƏQLİYYAT SİSTEMİ

Salam aleykum, dəyərli oxucular.

Bu dəfə sizə Avropa Nəqliyyat Sistemi haqqında bəzi məlumatları çatdıracam. Düşünürəm ki, Avropada nəqliyyatın təşkili, idarəetmə sistemi, şəhərlərarası və beynəlxalq reyislərin təşkili və bəzi məqamlar barədə məsələlər diqqətinizi cəlb edəcək.
Avropada olduğum müddətdə etdiyim müşahidələr əsasında deyə bilərəm ki, Avropada nəqliyyat sistemi insanların rahatlığı baxımından olduqca əlverişlidir. Almaniyada, xüsusilə Berlində nəqliyyat sisteminə heyran olmamaq mümkün deyil. Təssəvvür edin ki, üç və ya dörd mərtəbədən ibarət dəmiryol vağzalları, şəhərdaxili və şəhərlərarası qatar, metro eyni bir stansiyada qurulub. Uyğun olaraq dəmiryolu, şəhərdaxili və şəhərlərarası, metro qatarları 1-2-3-4-cü mərtəbələrdə yerləşdirilib. Dəmiryolu vağzalına getmək üçün şəhərin bu başından o başına getmək məcburiyyətində deyilsən. Buna deyərəm, alman beyini və inkişafı.

Avropada nəqliyyat xərcləri olduqca yüksəkdir. Belə ki, sizə zonalardan asılı olaraq  Parisdə 24 saatlıq limitsiz metrodan və qatarlardan istifadə 7 avrodan başlayan qiymətə, Vyanada 72 saatlıq limitsiz nəqliyyat xidmətlərindən yararlanmaq isə 21 avroya  başa gələcək. Yalnız müəyyən şirkətlər endirim kompaniyaları zamanı biletləri öncədən ucuz əldə etmək olar. Biletlərin sayından, sərnişinlərin yaşından asılı olaraq fərqli qiymət cədvəlləri təklif olunur. Portuqaliyada nağdsız hesablaşmalarla olan əməliyyatları stimullaşdırmaq məqsədilə internet üzərindən alış-veriş edən vətəndaşlar üçün 5% endirim tətbiq edir. Həmçinin, biletlər fərqli qiymət şkalası tətbiq olunmaqla standart, uşaqlar, gənclər və orduda xidmət edənlər üçün olmaqla, 4 kateqoriyaya ayrılır.
Barselona, İspaniya.
Barselona metro stansiyalarında sərnişinlərin ehtiyyatsızlıq və ya digər hallardan metro xəttinə düşməsi hallarınının qarşısını almaq məqsədilə xüsusi bağlı qapılar quraşdırılıb, yalnız qatar gəldikdən sonra həmin qapıları açmaq mümkün olur. Həmçinin, metroda növbə zamanı sərnişinlərin bir-birini gözləməsini təmin etmək üçün də olduqca maraqlı bir iş görülüb.

Demək olar ki, Avropanın çox şəhərlərində avtobus dayanacaqlarında, metrolarda, dəmiryol vağzallarında qatarların qrafikini göstərən monitorlar, elektron tablolar və cədvəllərin olması sərnişinlərin işini daha da asanlaşdırır. Həmçinin mobil telefonlar üçün nəqliyyat vasitələrinin hərəkət istiqaməti və vaxtını göstərən xüsusi tətbiqi proqramlar da var. Amsterdam, Brüssell, Vyana, Paris, Barselona bu baxımdan nümunə göstərilə biləcək şəhərlər sırasındadırlar.
Paris, Fransa.
Metro stansiyalarında, avtobus dayanacaqlarında musiqi alətləri ilə ifa edənləri görsəniz heç də təəccüblənməyin, çünki Avropada bu çox yayılıb. Brüssel, Paris, Roma, Vyana kimi şəhərlərin metro stansiyalarında bunun şahidi olmaq olurdu. Yüklədiyim videonu Paris metrosunda çəkmişəm.


Avropa olduqca effektiv nəqliyyat sistemi qurulub: internet üzərindən alış-verişdən tutmuş ödənişli yollara, biletlərə fərqli qiymət sisteminin tətbiqinə və s. qədər.
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov


No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...