Avqust ayının 6-i 2011-ci il… İlk bloq yazısı yazdığım gün… Məni sizə bir bloqçu kimi tanıdan gün...
Bu yazı yazdığım yazılar arasında sayca 18-cidir. 10 ay ərzində demək olar ki, bütün mövzularda yazmışam, daimi oxucularım təbii ki, bunun şahididirlər. Şəhərdə olan problemlərdən, sosial, infrastruktur sahələrində, din, dovlət, hətta şou-biznes problemlərindən də yazmışam. Budur maraqla və həvəslə yazıb, sizlərlə paylaşdığım 17 bloq yazım:
1. Kimdir gunahkar?!,
2. Fantanların acı taleyi,
3. Sosial şəbəkələr yoxsa kitabxana,
4. Televizya kanallarının araq“sevda”sı,
5. Tarixini unudanların gələcəyi olmaz!!!,
6. Həyat yoxsa həvəs xətrinə olum?!,
7. Hesabatım,
8. Mədəniyyətimizə “xidmət edən”lər,
9. Gənclər gələcəyimizdir?!,
10. Nə baş verir?!,
11. Texnologiya yoxsa samakat?!,
12. 2011 və mən,
13. İsrafcılıq,
14. Həyat cox qəribədir?!,
15. Vətən daşı olmayandan, olmaz olkə vətəndaşı,
16. Mutləq bax!!!,
17. Ruşvət almıram və vermirəm
Hər birinizə sonsuz təşəkkürlər ki, dəyərli vaxtınızı ayırıb, hər zaman yazılarıma qiymət verirsiniz. Doğrusunu deyim ki, əvvəlcədən bloq işinə qeyri-ciddi yanaşmışdım, lakin sonradan sizin yazılarıma olan marağınız mənə stimul verdi və bu işlə ciddi məşğul olmağa başladım. Təəssüf hissi ilə qeyd edim ki, bu yazı bu illlk, bəlkə də həmişəlik son yazımdır. Yəni bloqçu kariyeramın son yazısı...:( Həqiqətən hər zaman gördüklərimi ətrafımdakılarla paylaşırdım, amma bloq mənə tanımadığım insanları qazandırdı, məni onlar arasında tanıtdı.
İnşAllah hərbi xidmətə yola düşəcəm iyul ayında. Bütün dostlarıma, yaxınlarıma bildirmək istərdim ki, dualarınızı əsirgəməyin. Vətən sağ olsun!!!
Bir az da dostlar barəsində... Ola bilər ki, burda kiminsə adını qeyd etməyim, əvvəlcədən uzurlu hesab edin. Əziz (xalaoğlu), Qrup yoldaşlarım, VCM (Kamal, Rauf, Samir, Mahir, Elvinlər, Cavanşir, Ayişə, Çiçək, Nərgiz, Səbinə, Səma, Gülarə, Arzu, Ruslan), Gülnaz muəllimə, Elvin Əliyev, Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM), Gənclər üçün Təhsil Mərkəzi Mingəçevir ( xususilə Tural), Murad, Fərid (Şəki), Vəfa-Gülşən-Ayişə( bacılarım), Tural Mustafazadə, Mənsur, Sean, Crystal hamınız mənə cox əzizsiniz. Yazılarıma xüsusi diqqət veridiyi üçün Babək Muzəffərova sonsuz təşəkkürlər.
Sizləri çoooox sevirəm. Allah Təala həmişə bizləri pənahında, yaxşı insanları da ətrafımızda saxlasın. Hər zaman ətrafımda olmanızı istəyirəm. Dostluq tellərimiz qırılmaz, inşAllah. Hər zaman bu səmimi münasibətimizin davam etməsini istəyirəm, ən azından ümid edirəm ki, bir-birimizi gördüyümüz zaman səmimi təbəssüm üzümüzdən əskik olmaz.
Səmimi və xoş hisslərlə bu yazını bitirmək istəyirəm. Ay da duyğulandım bir anda... :) İnşAllah qismət olsa 1 ildən sonra görüşərik sizlərlə...İyul ayının 2-sində hərbi xidmətə yola düşəcəm, inşAllah, kim istəsə gəlib yola salar. :)

Ilk kommentin de menden olsun, eziz qardashim.yazilarini herzaman seve-seve oxuyuram. terif ya da bashqa bir shey olmadigini ozun de bilirsen.chunki biz muzakirelerimizi her zaman biryerde apaririq ve noqsanlari bir-birimize chatdiririq. Sabina sag olsun. Meni shexsen bloqla tanish eden o oldu. Demek olar ki senle de beraber bashlamishiq bloq yazmaga. Bundan sonra da inshAllah en maraqli yazilarini gozleyecem. Ugurlar sene.bize :)
ReplyDeleteSənə bloq həyatında uğurlar,mən isə uğurlu başlanğıcın sonunu etdim.Hər şey üçün təşəkkürlər.Yuxarıda da qeyd etdiyim kimi yaxşı ki, varsınız
ReplyDeleteher bloqun mende xos tesuratlar bagislayirdi ama cox tessuf bu yazin bele olmadi.meni kovreltdi bu yazin.senzilik deye bir sey olmayacaq hec bir zaman.sen her zaman bizim sexsen de men bacinin ureyindesen.Allah yolunu aciq etsin.cox ama cox sevinirem ki senin kimi bir qaradsim var.Allah seni sevdiklerine cox gormesin.Yolun yaxin olsun eziz qardasim.
ReplyDeleteqardashim ALLAH seni qorusun,,,hemisheki kimi cox maraqli yazilardi,,,inshALLAH sag-salamat qayit sevdiklerinin yanina,,,
ReplyDelete