February 24, 2013

"DOST" DEDİKLƏRİM...

Sizə söz verdiyim kimi yeni bir bloq yazısı təqdim edirəm.

Niyə biz insanlar ətrafımızdakılara qarşı bu qədər biganəyik? Sevdiklərimizin qədrini yalnız onlar yanımızda və ya bu həyatda olmadıqda anlayırıq. Sevdiklərimizə qarşı biganə qalmayaq, hər zaman bizi xoşbəxt edə biləcək insanların qədrini bilək.

Deyəcəksiniz ki, niyə brdən-birə bu haqda yazmağa qərar verdin? Təbii ki, gördüklərim yazmağıma şərait yaradır.

"Dost-qardaş" dediklərin səni itirib-axtarmır. 20 dost dediyin var idisə, ələkdən keçəndən sonra cəmi 3-4 nəfər qalır. 

Hərbi xidmət elə bir yerdir ki, orada hər şey tam fərqli olur. Hər zaman istəyirsən ki, dostların səni axtarsın, hal-əhval tutsunlar. Bir sözlə, diqqət istəyirsən balaca uşaq kimi. Bu diqqəti görmədikdə isə insana bir az pis təsir edir.

Sevdiklərimizə qarşı biganə qalmayaq ki, onları itirməyək!!! Əks halda illərlə qazandığımız dostları itirə bilərik.  

Növbəti  yazılarda oxunmaq ümidilə...

Vahid Məsimov

3 comments:

  1. Bosh ver abicik yaa, hamisi geldi-gederdi. Teki Allah (Celle Celaluhu) bizi unutmasin. sen bidenesen ;)

    ReplyDelete
  2. emioglu narahat olma sen hemiwe menim yadimdasan,sen daim ALLAHin nezerinde olasan,duz deyrsen qaqam birde insan xeste olanda bilir kim dostdu,yaxindi,kimlerde geldi kecerdi,nese ozunnen mugayet ol...

    ReplyDelete

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...