August 2, 2014

YA SEV BU VƏTƏNİ, YA DA TƏRK ELƏ

İyulun 31-dən avqustun 1-nə keçən gecədə erməni silahli qüvvələrinin atəşgəsi pozması xəbərini aldıq. Rəsmi məlumatlarda ilk əvvəl 8 şəhid, sonra 5, daha sonra isə bir Azərbaycan əsgərinin şəhid olduğu deyildi. Allah rəhmət etsin, ailələrinə və yaxınlarına səbr versin.

Fikrim verilən məlumatları yenidən nəzərinizə çatdırmaq deyil. Əsas məqsədim başqadır...
ARDINI OXU...

Neçə gündür bütün mətbuatı, televiziya kanallarını, qəzetləri, web-xəbər agentliklərini, sosial şəbəkələri diqqətlə izləyirəm. Amma, nədənsə, birlik olmaqdansa, hamı kimisə günahlandıırır. Müharibə şəraitində olan ölkədə bu qədər aqressiv tərzdə dezinformasiyaların olması müharibə hazırlığına heç də yaxşı təsir etmir. Əyləncəli verlişləri davam etdirən televiziyalar, reytinq yığmağa çalışan xəbər agentlikləri, ağıllı görünməyə çalışan və hamını tənqid atəşinə tutan bizlər, hara gedirik, ay millət?

 Bəsdir, bir-birinizi tapdaladınız, təhqir etdiniz, heç olmasa bugün bir olmağa çalışın. Qarşı tərəfin xəbər portalları bu məqamları çox yaxşı görür. Özünüzə gəlin.

Əqidəmdən və fikirlərimdən dönən deyiləm. Müharibə əmri gələn kimi son damla qanıma kimi vuruşmağa hazıram. Bunu söz xatirinə deyənlərə də yazığım gəlir.


Son olaraq dünən facebook hesabımda paylaşdığım statusla bitirmək istəyirəm yazımı.

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...