Salam, dəyərli
oxuyucular! Bu dəfəki mövzu xaricdə təhsillə bağlıdır. Müsahibim isə Emil
Göyüşzadədir.
-Salam,
xoş gördük. İlk əvvəl zəhmət olmasa özünüz haqqında məlumat verin.
Salam, Mən Göyüşzadə Emil Göyüş oğlu,
1991-ci il aprel ayının 11-i Salyan şəhərində anadan olmuşam. Orta təhsilimə 1997-ci ildə Salyan rayonu
Z.Həmidov adına Çuxanli kənd orta məktəbində başlamışam və 2008-ci ildə həmin məktəbi
uğurla bitirmişəm. Həmin ili Azərbaycan Dövlət Neft Akademiyasının (indiki
ADNSU) Energetika fakultəsinə qəbul olmuşam. 2012-ci ildə bakalavr dərəcəsini fərqlənmə
diplomu ilə bitirmişəm və həmin ili ADNSU-nun Energetika fakültəsinin magistr dərəcəsinə
qəbul olmuşam. Bir il hərbi xidmət keçdikdən sonra magistr təhsilimi davam
etdirmişəm və 2015-ci ildə müvəffəqiyyətlə bitirmişəm.
2015-ci il Erasmus Mundus EMINENCE programı
vasitəsilə Portugaliya Respublikasının Porto Universitetinin Mühəndislik Fakültəsinin
“Service Engineering and Management” ixtisası üzrə magistr dərəcəsinə qəbul
olmuşam.
Erasmus
layihəsi Avropa ölkələri və eləcə də digər ölkələrində təhsilin keyfiyyətini yüksəltmək,
həmin ölkələr arasında akademik əməkdaşlığı möhkəmləndirmək məqsədi ilə Avropa
Birliyi tərəfindən təşkil olunmuşdur. Aydın məsələdir ki, söhbət xaricdə təhsildən
gedirsə, xarici dil bilikləri labüddür. Bundan əlavə, iş təcrübəsi və yüksək
insani keyfiyyətlərə malik olmaq da üstünlüklərdən biridir. Tədris illəri müddətində
xaricdə təhsil proqramları ilə mütəmadi maraqlanırdım bunlar arasındakı Erasmus
proqramının şərtləri məni qane etdi və müraciət etdim.
-İndi isə Erasmus-un nə
olduğunu, bu haqda necə öyrəndiyinizi, hansı tələblərə uyğun olmaq lazımdır, bu
haqda təcrübənizlə paylaşın.
-Niyə məhz Avropa? İxtisasınız nədir və nə
üçün bu ixtisası seçdiniz?
Bakalavrda təhsil aldığım
müddətdə xaricdə təhsil almağı qarşıma məqsəd qoymuşdum.
Avropanı seçməyimə səbəb
burdakı yüksək keyfiyyətli, müasir və fərqli təhsil sistemidir. Bakalavr ixtisasım
Elektrik mühəndisliyidir. Burada təhsil aldığım “Service
Engineering and Management” ixtisasi ümumi mühəndislik və idarəetmə ilə
bağlıdır k,i bu da mənim gələcək kariyeramda rəhbər vəzifələrdə işləməyimə
yardımçı olmaqla bakalavr təhsilimi tamamlayır.
-Erasmus-un üstünlükləri nələrdir?
Erasmus Lahiyəsi çərçivəsində təhsil almağın bir sıra üstünlükləri var. Ən önəmlisi
bütün yaşayış xərcləri və təhsil haqqı proqram tərəfindən ödənilir və bunun
üçün heç bir öhdəliyin olmur yəni müqavilə bağlanmır və səndən tələb olunan
yalnız dərslərini qaydasında oxumandır . Bundan əlavə yeni dostlar qazanırsan və mədəniyyətlərlə
tanış olursan. Üstəlik öz ölkəni xaricdə təmsil etməyə kifayət qədər imkanın
olur.
-Azərbaycanı
orada tanıyırlarmı? Azərbaycanı tanıtmaq üçün nələr etmisiniz?
Təhsil aldığım yerdə Azərbaycanı daha çox “Baku 2015 İlk Avropa Oyunları” və “Avroviziya" mahnı müsabiqəsinə görə
tanıyırlar. Bacardığım qədər ölkəmizi layiqincə təmsil etməyə çalışıram. Bir dəfə universitetimiz tərəfindən təşkil olunmuş tədbirdə iştirak edib milli mətbəximizi
təmsil edirdim. Milli mətbəximizin məşhur yeməklərindən olan “Üç bacı” dolması
hər kəsin xoşuna gəldi. Bundan əlavə Portonun “Garcia de Orta” orta məktəbində 9-cu sinif şagirdlərinə 50 dəqiqəlik Azərbaycan haqqında təqdimat keçirmişəm. Şagirdlər ölkəmizi böyük maraqla qarşıladılar. Milli qəhrəmanımız Mübariz İbrahimov haqqında eşidəndə çox təəccübləndilər. Tək bir adamın bu qədər qəhrəmancasına döyüşməsi onları təəccübləndirmişdi.
-Xaricdə
təhsil almaq nə üçün bizə lazımdır?
Xaricdə təhsilin bir sıra
üstünlükləri var. Bizim təhsil sistemi ilə müqayisə etdikdə bu üstünlükləri
daha qabarıq şəkildə görmək olar. Xaricdə təhsil aldıqda daha müasir daha səmərəli
biliklər əldə edirsən. Bundan əlavə gələcək iş həyatımızda sürətli inkişafımıza
zəmin yaradır. Xaricdə təhsil bizim dil bacarıqlarımızı inkişaf etdirir və ən əsası
dünya görünüşümüzü və düşüncəmizi daha da dərinləşdirir.
-Portuqaliyada
olduğunuz müddətdə başınıza gələn çətinliklər oldumu? Bildiyim qədərilə ölkəmizdə
səfirliyin olmaması ən böyük çətinliklərdəndir. Xaricə təhsil üçün yollanmaq
istəyənləri gərək hərtərəfli məlumatlandıraq.
Əlbəttə, zəhmətsiz heçnə başa gəlmir, çətinlik həyatımızın
bir hissəsidi. Haqlısınız, səfirliyin olmaması viza prosesində bəzi çətinliklər
yaratdı, amma xaricdə təhsil almaq fürsəti bütün bu çətinliklərin öhdəsindən
inamla gəlməyə kömək edir. İlk vaxtlarda yeni təhsil sisteminə uyğunlaşmaqda müəyyən
çətinliklər oldu, amma vaxt keçdikcə daha sadə və kefiyyətli sistemin olduğunu
görürsən. Bəzi yerlərdə dil problemi olur, amma xoşbəxtlikdən yerli insanların
çoxu ingilis dilini bilir.
-Xaricdə
təhsil almaq istəyən gənclərə məsləhətlərin?
Vaxtında
qarşılarına məqsəd qoyub bunun üçün əllərindən gələni etsinlər. Gecikmədən dil
biliklərini inkişaf etdirsinlər. Heç zaman uğursuzluqdan ümümdsüzlüyə
qapılmasınlar, bu arada mən birinci müraciətimdə qəbul olmamışdım, ikinci
müraciətimdə uğur qazandım. Unutmayın çəkdiyiniz zəhmət heç vaxt hədər getməz!
Mən də sizə
təşəkkür edirəm. Bütün oxuculara işlərində müvəffəqiyyətlər arzu edirəm.
Vahid Məsimov

No comments:
Post a Comment