June 2, 2016

İSTEHLAKÇI HÜQUQLARI


Salam, dəyərli oxucular! Bu dəfəki yazı Avropadakı, xüsusilə Portuqaliyada olan istehlakçı hüquqları barədə olacaq. 8 aydan çoxdur Portuqaliyada yaşayıram. Başıma gələn maraqlı bir hadisəni sizlərlə paylaşacam…İstehlakçı kimi hüquqlarınızı bilirsinizmi?


Ardını oxumağı unutma…
Portuqaliyaya gələndən 3 həftə sonra (25.09.2015) telefonum   üçün enerji bloku (power bank) almalı oldum. Bu enerji bloku həddən artıq çox faydalı oldu, səfərlərdə, evdə olmayanda hır zaman ehtiyac olunan bir alətdir.

Bir neçə müddət sonra dəqiq desəm 25 may, 2016-ci il tarixində bu alət xarab oldu. Kor-peşman oldum, necə olacaq deyə?! Qutusu və qaiməni götürüb getdim mağazaya…

Uzun sürən söhbətlərdən sonra izah edə bildim ki, xarab olub. Mən portuqal dilini onlar isə ingilis dilini bilmədiklərindən söhbət belə uzun oldu. Əsla düşünməyin ki, məqsədli şəkildə ediblər.

Xanım-qıza qaiməni təqdim etdim və 8 ay keçməsinə baxmayaraq ödədiyim pulu qəpiyinə kimi geri qaytardı və başqa məhsulları da təklif etdi. Hətta bildirdi ki, hər hansı bir məhsulu alsanız və 15 gün ərzində işlədib xoşunuza gəlməzsə, geri qaytardığınız zaman pulunuzu geri alacaqsınız.

Qızın bu sözlərindən sonra çox sevinmişdim. Çünki, belə bir halla daha öncə qarşılaşmadığım üçün çox qəribə gəlirdi. İstehlakçı hüquqları baxımından olduqca uğurlu bir sistemdir. Hər şey istehlakçının məmnuniyyəti üçün hesablanıb və qurulub. O qədər sevinmişdim ki, “möhtəşəm” portuqalcamla qıza təşəkkür də etməyi unutmamışdım.

Sonda isə hır iki tərəf razı qalmışdı. Mağaza yeni məhsulunu mənə sata bildi və mən isə xarab olmuş məhsulu qaytarıb yerinə yenisini əldə etmişdim və 15 gün ərzində xoşuma gəlməzsə, yenidən qaytarma hüququna malik idim. Möhtəşəm bir kəlimə ilə…

Cənablar və xanımlar, hər zamankı kimi ümid edirəm ki, bu sistem tezliklə, Azərbaycanda bütün mağazalarda tətbiq edilər.


Yeni yazılarda oxunmaq ümidilə…

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...