Salam, dəyərli oxuyucular!
Əvvəlki yazıda Avropa Təhsil Sistemi (ATS), xüsusilə
Avropadakı ali təhsil müəssisələrindəki təhsil, qiymətləndirmə sistemi, müəllimlər,
maddi-texniki baza, kitabxana, yeməkxana barəsində məlumat vermişdim.
Bu
dəfə isə əsasən müəllim-tələbə münasibətləri
və tələbələrin müəllimləri qiymətləndirmə
mexanizmləri barədə sizi məlumatlandırmağa çalışacam.
Bəlkə də çoxlarınız tələbələrin müəllimləri necə qiymətləndirməsi barədə düşünür. Hər zaman gördüyümüz klassik universitet həyatında müəllimlər tələbələri qiymətləndirib və belə də davam edir.
Müəllim...
Dəyərli və şəxsiyyətli müəllimlər hər zaman olub və olacaq. Bu yazını oxuyarkən
çoxlarınız yaxşı və ya pis kimlərisə xatırlayacaq, ya üzündə təbəssüm,
ya da nifrət yaranacaq. Nəysə, sözüm onda deyil. Sözümün musatafası var. Belə ki...
ATS-də
hər bir tələbə ildə iki dəfə hər imtahan
sessiyasından 10 gün əvvəl
universitetin web-saytına daxil olmaqla universitet, kitabxana, yeməkxana,
maddi-texniki baza, təhlükəsizlik xidməti və xüsusilə də həmin semester üzrə
keçirilən dərs üzrə professorları qiymətləndirmək şansı var.
Professorların
tədris metodları, dərsə hazırlıqlı gəlib-gəlmədiyi, dərsi idarə etmə
bacarığından tutmuş bir çox məsələləri anonim
şəkildə səs verib, rəy bildirmək hüququna
malikdir.
İmtahan
sesiyyası başlayanadək bu sorğularda tələbələr könüllü şəkildə iştirak edə bilərlər.
Ən maraqlısı isə həmin sorğuların
növbəti semester başlamazdan öncə açıq şəkildə universitetin web-saytında dərc
olunmasıdır. Bununla da həm universitet rəhbərliyi, həm də tələbələr müəllimlərin
reytinq əmsalı ilə tanış olurlar.
Təhsil aldığım Portuqaliyada dərslərdə iştirak etmək məcburi deyil, buna baxmayaraq demək olar ki, tələbələr bütün dərslərdə çox həvəslə iştirak edir. Səbəb isə əvvəlki yazıda da qeyd etdiyim kimi professorların dərslərdə maraq yarada bilməsi, tələbə-müəllim münasibətlərini düzgün tənzimləməsindədir.
Düşünürəm ki, olduqca ideal bir sistemdir. Müəllim məsuliyyətini dərk edərək semester boyunca bütün nüanslara diqqət edir, tələbələr isə azad şəkildə müəllimlər barədə öz rəylərini anonim şəkildə qeyd edə bilirlər. Müəllim-tələbə asılılığı aradan qalxır. Müəllim-tələbə dostluğu yaranır (Şəkildəki dəyərli professorum Susana Rodriguesdir).
Düşünürəm ki, olduqca ideal bir sistemdir. Müəllim məsuliyyətini dərk edərək semester boyunca bütün nüanslara diqqət edir, tələbələr isə azad şəkildə müəllimlər barədə öz rəylərini anonim şəkildə qeyd edə bilirlər. Müəllim-tələbə asılılığı aradan qalxır. Müəllim-tələbə dostluğu yaranır (Şəkildəki dəyərli professorum Susana Rodriguesdir).
Azərbaycanda
da bu sistemin tətbiqini görmək xoş olardı. Məzun olduğum Qafqaz Universitetində tətbiq edilməyə çalışır. Lakin Azərbaycan
yalnız Qafqaz, ADA və s. 3-5 universitetdən ibarət deyil. Bütün universitetlərdə
bu sistemin təbiqi üçün artıq təkliflər
planı üzərində çalışıram. Başa çatandan sonra universitet rektorlarına şəxsən
göndərəcəm.
Tətbiq
edib-etməmək barədə isə qərar təbii ki, hər bir universitetinn daxili işidir. Təhsil
aldğım Leiria Universiteti maliyyə baxımdan o qədər güclü universitet deyil. Cəmi 11 000 tələbə, 3 ayrı şəhərdə 5 korpusa malikdir. Çox kiçik maliyyə vəsaiti tələb edən bir sistemdir. Azərbaycanda demək olar ki,
bütün univeristetlərin web-saytları var, sadəcə müvafiq sorğu formaları yerləşdirməklə
tələbələrin iştirakının təmin edilməsinə nail olmaq olar.
Ümid
etmək istərdim ki, Azərbaycanda 3-5 deyil 40-50 universitet artıq sözün əsl mənasında
dünya standartlarına cavab verə bilər. İSTƏK...Yetər
ki, istəyək və bunun üçün əlimizdən gələni etməyə çalışaq. Nəticənin uğurla olacağına əminəm.
Unutmayaq ki, təhsil bizim gələcəyimizdir. Uğurlu gələcəyə doğru addımlamaq ümidilə....
Vahid Məsimov


No comments:
Post a Comment