October 5, 2016

ŞƏRƏFLİ MÜƏLLİMLƏRƏ...

Salam, dəyərli oxucular. Bildiyimiz kimi, 5 oktyabr Azərbaycanımızda Müəllimlər günü kimi qeyd edilir. Bu dəfəki yazımı məhz müəllimlərə həsr edirəm.

Müəllimlik olduqca şərəfli peşədir. Bəzən bu sözlər şablon kimi səslənə bilər, ancaq bu heç də belə deyil. Danılmaz faktdır  ki, müəllimlər düzgün insanların, savadlı və ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz rol oynayır. Hər birimiz həyatımız boyunca bir neçə müəllimlərdən təhsil almışıq və ya alırıq.

Təhsil aldığım 19 il müddətində olduqca səmimi, xeyirxah, şərəfli, vicdanlı və ədalətli müəllimlərlə rastlaşmaq qismətim olub. Məktəb illərindən tutmuş universitet illərinə qədər. Bəzi təhsil ocaqlarının adını açıqlamağı özümə borc bilirəm:

Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 saylı orta məktəb, Mingəçevir təbiət-riyaziyyat və humanitar təmayüllü lisey, Mingəçevir Politexnik İnstitutu (hazırki Mingəçevir Dövlət Universiteti), Qafqaz Universiteti və Leiria Politexnik İnstitutu (Portuqaliya).

Ardını oxu...
Müəllimlərim hər zaman doğrunu yalnışdan ayırmağı və həyatıma işıq olmağı öyrədiblər. Universitetdə  təhsil verməklə bərabər çox önəmli keyfiyyətlər aşılamağa çalışıb, həyat dərsi keçiblər. Adlarını verməklə bitməz o qədər yaxşı insanlar qarşıma çıxıb ki, hər birinə bu yazı vasitəsilə təşəkkürümü bildirmək istəyirəm.

Düşünməyin ki, hər 3 universitetdə də bütün müəllimlərim qüsursuz və şərəfli, vicdanlı olublar. Şərəfdən, ədalətdən və vicdandan xəbəri olmayanlar da rastıma gəlib. Lakin bu yazıda onların heç birindən yazıb bu günə kölgə salmaq istəmirəm. Onları ən böyük Hakim-Allaha həvalə etmişəm.

Unutmayaq, bir gün hər birimiz bu dünyadan gedəcəyik, arxamızca “Allah rəhmət etsin, məkanı Cənnət olsun, yaxşı insan idi” deyə biləcək şagirdlər, tələbələr qoyub getsək pismi olar?!

Dəyərli müəllimlər, bayramınız mübarək! Başda anam, xalalarım və xalam qızı olmaqla, həyatımda olduqca mühüm yerə sahib olan bütün dəyərli müəllimlərimi təbrik edirəm. Bu adı şərəflə daşımaq o qədər də asan deyil, nə xoşbəxt o kəslərə ki, onlar vicdanlı, şərəfli və ən əsası ədalətlidirlər.

Növbəti yazılarda oxunmaq ümidilə...

Vahid Məsimov

No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...