October 2, 2016

AVROPA TƏHSİL SİSTEMİNİN AZƏRBAYCANDA TƏTBİQİ

Salam, dəyərli oxucular. Avropa Təhsil Sistemi (ATS) və ATS-2 adlı yazılarımda Avropa təhsilinin bəzi keyfiyyətli və çox önəmli detallarını sizlərin diqqətinə çatdırmağa çalışmışdım. Mətbuatdan izlədiyim qədərilə artıq bəzi universitetlər bu modeli tətbiq etmək üçün bəzi layihələrin tətbiqinə başlayıblar.

ATS-2 adlı yazımda sizlərə tələbələrin müəllimləri qiymətləndirmə mexanizmləri barədə bəzi məlumatları və təklifləri çatdırmış, Azərbaycan universitetlərində də bunun tətbiq etməyin mümkünlüyündən bəhs etmişdim. ATS-2 adlı yazını oxuya bilməyənlər aşağıdakı link vasitəsilə buyurub oxuya bilərlər:



Ardına baxmağı unutmayın...


Bu təkliflərdən sonra bəzi universitetlər artıq bu işdə olduqca uğurlu layihələrə start veriblər. Dəyişikliyi istəmək, daha mütərəqqi və keyfiyyətli Avropa təhsil standartlarının universitetlərimizdə tətbiqini görmək olduqca sevindiricidir.

Xüsusilə, son illərdə rebranding etmiş Azərbaycan Dövət İqtisad Universitetini (UNEC) misal gətirmək olar. Belə ki, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” adlı maraqlı bir layihə etmək qərarını veriblər. Qeyd edilib ki, layihə hazırlanarkən Avropa Keyfiyyət Təminatı Assosasiyasının “Keyfiyyət təminatı üzrə standart və qaydalar” adlı sənəd əsas tutulub.


Bu eynilə ATS-2 adlı yazımda təklif etdiyim layihənin sorğular vasitəsilə tətbiqidir. Avropadan fərqli olaraq burada tələbələr internet vasitəsilə deyil, sorğu blankları vasitəsilə tədrisin keyfiyyətini qiymətləndirəcəklər. 

Uğurlu bir addımdır. Bütün UNEC ailəsini təbrik edirəm . Ümid edirəm ki, layihəni uğurla başa vuracaqlar. Azərbaycan təhsilin inkişafı naminə digər universitətlərdən də keyfiyyətli təhsilə inteqrasiya etmək baxımından yeni-yeni layihələr görməyi istərdim.


Uğurlu və keyfiyyətli gələcəyə doğru addımlamaq ümidilə...

Vahdi Məsimov



No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...