Salam, dəyərli oxucular. Bu
dəfəki yazı bütün dünyada diqqət mərkəzində olan, ABŞ-da keçiriləcək prezident seçkiləri
barədəsində olacaq.
8
noyabr, 2016-cı il tarixində ABŞ-da
növbəti, 58-ci prezident seçkiləri keçiriləcəyi planlaşdırılır. İllərdir davam
edən ənənə bu dəfə də olduğu kimi qalır, belə ki, Respublikaçı və
Demokratlardan olan 2 namizəd- Donald Tramp və Hilari Klinton prezident seçilmək üçün yarışırlar. Gələk əsas məsələyə...
Donald
Tramp prezident seçiləcəyi təqdirdə ABŞ sərhədləri boyunca qalalar tikdirəcəyini, imiqrantların, müsəlmanların ölkəyə girişinin qarşısını alacağını dayanmadan
vurğulayır. Adı isə qanunsuz vergi
qalmaqallarında, qadınlara qarşı təhqirlərdə
və s. hallanır.
Hilari
Klinton isə hazırki hakimiyyətin tibbi
siğorta siyasətinin yalnış olmasında iştirakından tutmuş, müəmmalı elektron
adressi məktublarına (e-mail) qədər
qalmaqallı müzakirələrdə yad edilir.
Maraqlısı isə ABŞ kimi bir
super gücün idarəetməsində Donald Tramp
kimi birisinin əsas fiqur olmasına gətirib çıxaran amildir. Necə olur ki, illərdir
ABŞ-ın daxili və xarici müttəfiq siyasəti ilə hesablaşmayan birisi namizəd kimi göstərilir?!
İllərdir bizə “demokratik
mühazirələr” keçən ABŞ... Bəli, hər şey planlaşdırılıb. Donald Trampın namizədliyinin
təsdiq olunması məhz “Amerika
demokrartiyasıdır”. Bütün dünyaya “Biz
elə demokratik dövlətik ki, hər kəsin seçilmək hüququna hörmətlə yanaşırıq”
mesajı çatdırılır.
Hər iki hal “ABŞ
demokratiyası”nın növbəti manevrləridir.
ABŞ-da hələ də tam həll
edilməmiş problemlər o qədərdir ki. Qaradərili
insanların hələ də cəmiyyətlə, polislərlə problemindən tutmuş, trilyarlarda dollar büdcə kəsirinə
kimi. Yazıda bu problemlərə toxunmaq niyyətim yoxdur. Sadəcə dünyaya “demokratiya”, insan haqqları, zorakılığa qarşı
dərslər keçən bir dövlətin öz maraqları naminə Əfqanıstan, İraq, Liviya, Suriya və s. kimi ölkələrdə milyonlarla günahsız insanların canına qıydığı
reallığıdır.
Sülh
və ədalətli bir dünya görmək ümidilə...
Vahid Məsimov
No comments:
Post a Comment