Salam aleykum, dəyərli oxucular. Bu dəfə son zamanlar əksər gənclərin,
xüsusilə universiteti yeni bitirmiş gənclərin qarşılaşdığı bəzi məsələlər barədə
yazmağa çalışacağam. Belə ki...
İlk öncə onu
qeyd etmək istəyirəm ki, hərbi xidməti başa vurandan sonra və ya universiteti
bitirən kimi başlayırıq iş axtarmağa, intensiv CV-lər göndərməyə, həm də necə gəldi,
qarşımıza gələn hər vakansiya üzrə. İş axtarmaq təbii bir prosesdir, hədəf və məqsəd olmadan bunu etmək sonda
uğursuzluğa gətirib çıxarır və bu da motivasiyanın düşməsi ilə yekunlaşır.
Gələk ikinci məsələyə hər bir gənc özünü hansı sahədə daha fayadlı və xoşbəxt olacağını, hansı sahənin onun üçün prioritet olduğunu kəşf etməyi bacarmalıdır. Ən önəmli olan budur- “ÖZÜNÜ KƏŞF ETMƏK”. Məsələn, pedoqoji və texniki sahənin məzunu ola bilərsiniz, özünüzü orada rahat hiss etmirsinizsə, bu heç də dünyanın sonu deyil, bir ömür boyu xoşbəxt olmayacağın işdə çalışmaqdansa, özünü daha faydalı hesab etdiyin işdə çalışmağın daha düzgün deyilmi?!
Harada faydalı, xoşbəxt və rahat olduğunu müəyyənləşdirdikdən sonra həmin sahə üzrə iş elanlarını nəzərdən keçirmək daha effektiv ola bilər.
Son zamanlar sosial şəbəkələrdə müşahidə edirəm ki, gənclər işə
müraciət zamanı olan çətinliklərdən, əksər Kadrlar
şöbəsi əməkdaşlarının qeyri-professional
rəftarlarından və s.dən çox yazırlar. Təbii ki, professional insanların bu cür
davranışları olduqca kədərlidir.
Bu yaxınlarda elektron-poçt (e-mail) adressimdə bir məktubu axtararkən
şahidi oldum ki, 2013-cu ilin avqust ayından 2014-cü ilin sentyabr ayına qədər
olan müddətdə 200-dən çox vakansiya üçün CV göndərmişəm. Nə az , nə çox 200-dən çox məktub. Bir az öncə qeyd
etdiyim ki, bu, “ÖZÜMÜ KƏŞF ETMƏK”dən daha öncə olub.
200-dən çox vakansiya üçün göndərdiyim məktublardan yalnız 20 işəgötürən ilk mərhələyə dəvət
edib, cəmi 10 faiz, elə də pis
deyil. Bu 20 işəgötürəndən də 12-də müsahibə mərhələsində iştirak etmək imkanım olub. Nəysə sözümün mustafası
var.
Müsahibələr Kadrlar şöbəsi rəhbərləri və mütəxəssisləri, uyğun
departament rəhbərləri ilə keçib. Demək olar ki, yarısından çoxunda müəyyən
problemlər yaşanıb. Müsahibəyə gecikən rəhbər işçilər, özlərini həddindən
artıq “ağıllı” göstərməyə çalışıb, əslində
isə vakansiyanın mahiyyətindən zərrə qədər anlayışı olmayanlar, müsahibəni
ingilis dilində aparan, lakin dilin
qrammatik və tələffüz qaydalarına əməl
etməyən, müsahibəyə dəvət etdiyi
vakantın CV-sindən xəbəri olmayan
Kadrlar Şöbəsi mütəxəssisinə qədər. Nələr
görmədik ki?!
Deməsəm haqsızlıq etmiş olaram, qeyd etmək istərdim ki, kifayət qədər
təcrübəli və öz işlərində professional olan Kadrlar şöbəsi əməkdaşları
da var. Çox şükür ki, belələri var.
Əslində hər müsahibə mərhələsindən öyrəndiklərin olur, hər dəfəsində
təcrübən artır.
Sonda isə hər birinizə uğurlar arzu edirəm, həvəsdən düşmək zamanı
deyil, sadəcə hədəflərinizi düzgün müəyyənləşdirib məqsədə doğru irəliləməyə
çalışın, hər şey yaxşı olacaq.
Növbəti yazılarda oxunmaq ümidilə...
Vahid Məsimov
No comments:
Post a Comment