November 5, 2016

SƏN DƏ BƏXTƏVƏR OL

Salam, dəyərli oxucular. Bu dəfəki yazım bir az fərqli olacaq- Vətəndən uzaqda yaşamağı gözə alanlar və onların barəsində olacaq. Təhsil, iş, səyahət və s. məqsədlə xarici ölkələrə yollanan vətəndaşlar az deyil.

Filmlərdə AvropaABŞ həyatı əlçatmaz, dəbdəbəli, əyləncəli, problemlərdən uzaq və möhtəşəm şəkildə nümayiş etdirilir.Beləliklə, bəzi-demokratiya, insan haqqları, gender bərabərliyi və s. kimi dəyərləri əsas götürərək bütün dünyaya özünki kimi təqdim edirlər. Əslində bu  Qərbin çox uğurlu strategiyasıdır. Buna görə də beyinlərimizdə Qərb ölkələrində yaşamaq hər zaman arzu kimi formalaşır.

Ardını oxumağı unutmayın...
Hər zaman xaricdə, xüsusilə də Qərb ölkələrində- Avropa və ABŞ, Kanada və s. ən azından qardaş Türkiyədə yaşamaq hüququnu əldə edənlərə qibtə ilə baxanlar çox olur. Qərbdə məskunlaşanlara, hamı “BƏXTƏVƏR” damğasını vurur.

Təhsilimlə əlaqədar olaraq artıq ikinci ildir ki, Avropada yaşayıram. Bir çox Avropa ölkələrində olmaq fürsətim olub. Avropada da haqsızlıq da var, təbii ki. İnsan amili olan yerdə haqsızlıq olmazmı?! Hər yer ideal ola bilməz axı.

Çətinliklər olmur desək, yalan olar. İnsanın komfort zonasını tərk etməsi artıq risk amilinin artdığını sübut edən əsas amillərdən biri hesab edilir. Komfort zona, insanın özünü etibarda və rahat hiss etdiyi, yaxşı tanıdığı, daha öncədən qarşılaşmış olduğu vəziyyətləri əks etdirən zonadır. Hər şeyi nəzərə alıb bu zonanı tərk etmək özü bir cəsarətdir.

Vətənindən, sevdiklərindən, doğmalarından, dostlarından və ailəndən kənarda yaşamaq, qarşılaşacağın çətinlikləri yalnız həll etmək və s. o qədər də asan məsələ deyil. Ölkənin fərqli mədəniyyət və ənənədən olması, dinin, dilin, yeməklərin, sosial mühitin, adətlərin fərqli olması da məsələnin mürəkkəbləşməsinə gətirib çıxarır. Bunlardan sonra da “BƏXTƏVƏR” damğasının vurulması ayrı bir mövzunun müzakirəsdir.

Vətən hüdudlarından kənardə yaşayanları, təhsil alanları hər birini çox yaxşı anlayıram və bu cəsarətlərinə görə təbrik edirəm. Asan deyil bu məsələlər, yaşayanlar bilər.

SƏN DƏ BƏXTƏVƏR OL.

Sonda ölkə hüdudlarında yaşayanlara həsəd aparanlara: “Qismət məsələsi var, həm də bir az çalışın, mübarizə aparın, istəkləriniz üçün əzablara qatlaşmağı bacarın,bu istəklərkomfort zonanızdan çıxmağı gözə almadıqca, evdə oturub başqalarına “BƏXTƏVƏR” dediyiniz zamanda reallaşmaz və bu yerdə Mövlananın bu iki misrası tam  yerinə düşür”.

Qismət etmişsə Mövla əl gətirər, yel gətirər, sel gətirər,
Qismət etməmişsə Mövla əl aparar, yel aparar, sel aparar.


Növbəti yazılarda oxunmaq ümidilə.

Vahid Məsimov


No comments:

Post a Comment

Xidmət standartlarına təsir edən amillər

Bu dəfə xidmət sektoru və işə götürən barədə, əsasən x idmət standartlarına təsir edən amillər  yazmağa çalışacağam. Xidmət sektoru mə...