Bir neçə gün əvvəl mütəmadi
olaraq iş elanları paylaşan bir neçə web-səhifəni ziyarət etməli oldum. Gördüklərimdən
həqiqətən təəccübləndim. Belə ki, hamıya da məlum olduğu kimi Azərbaycanda
iş elanları, iş axtaranlar və işə götürənlər arasında münasibətləri quran və ya
tənzimləyən bir neçə aktiv web-səhifə fəaliyyət göstərir. Nəysə, gəlirəm
sözümün mustafasına...
İxtisasımla əlaqədar xüsusilə
də, marketinq sahəsi ilə bağlı bir neçə elana göz gəzdirməli oldum. Nə görsəm
yaxşıdır?! Marketinq menecer vəzifəsi üçün iş elanlarında namizədlərə olan tələblər
“Göz qamaşdırıcı” idi. Bir neçə
elandakı tələbləri sizinlə paylaşmaq istərdim. Aşağıdakı tələblər məşhur bir
şirkət tərəfindən “Marketinq meneceri”
vakasiyası üzrə iş elanları saytında yerləşdirilib.
- 24-35 yaş arası xanımlar
- Düzgün şifahi nitq qabiliyyəti və xoş görünüşlü
- Ünsiyyətcil, aktiv olmaq və komanda ilə işləmə bacarığı
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək
- İş həyatında aktivlik
- Düzgün şifahi nitq qabiliyyəti və xoş görünüşlü
- Ünsiyyətcil, aktiv olmaq və komanda ilə işləmə bacarığı
- Yenilikçi, kreativ olmaq, sahə üzrə trendləri görmək
- İş həyatında aktivlik
- PR aktivliklərin
keçirilməsi və Reklam fəaliyyətinin təşkili
- Kütləvi
informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması
- Punktuallıq
- Analitik düşünmə qabiliyyətinə malik
- MS Office, dizayn ( Photoshop və Corel Draw) proqramlarında işləməyi bacarmaq
- Detallara diqqət etmək, yaradıcı və məsuliyyətli olmaq, təqib etməyi bacarmaq
- Kreativ reklam posterləri və mətnləri hazırlamaq bacarığış

Hər şeyi anladıq, dizayn və
marketinq menecer nə əlaqə? Corel Draw,
Photoshop qrafiki təsvir vasitələri hesab edilən proqram təminatına aiddir
ki, bununla daha çox dizaynerlər, PR
aktivliklərin keçirilməsi və Reklam fəaliyyətinin təşkili, Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin
yaradılması reklam menecerləri, bəzən də PR işçiləri çalışır. Marketoloqun
bunları bilməsi arzu olunan hesab edilə bilər, ancaq bunun tələb kimi qoyulması
bir qədər gülüncdür.
“Marketinq meneceri” vakansiyası üzrə
elan edən növbəti iş elanını nəzərinizə çatdırım:
Namizədə tələblər
-
Cinsi qadın
- Yaş həddi: 27-45
- Azərbaycan və Rus dillərini təmiz bilməli (İngilis dilini bilənə üstünlük veriləcək)
- Ali təhsili olanlara üstünlük verilir
- Şəxsi avtomobili olana üstünlük verilir
- Ofis proqramlarını (Word, Excel, Power Point, Photoshop) bilən
- Satış qabiliyyəti olan
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olan- Səliqəli xarici görünüşə malik
- Nəzakətli və düzgün danışıq qabiliyyəti
- Komanda şəklində işləməyi bacaran, punktual, fikrini səlist ifadə etmə ,yaradıcı, və inandırma qabiliyyəti olanlar
- İşə planlı yanaşmaq bacarığı
- Təmkinlilik, etibarlılıq, özünə inam
- “Yaxşı pul qazanmak isteyen”

“Azərbaycan və Rus dillərini təmiz bilməli” cümləsi iş elanı
yerləşdirən şirkətin nə qədər “professional” olduğunun bariz nümunəsidir. Təmiz
yerinə səlis işlədilməlidir, nəysə gələk əsas məsələyə. Marketinq menecer axtarılır və tələblərdə “Ali təhsili olanlara
üstünlük verilir” deyə qeyd edilir. Marketinq menecer orta təhsilli və
ya natamam ali təhsilli necə ola bilər axı? Əvvəlki vakansiyada olduğu kimi
burada da dizayn proqramlarını
bilmək əsas şərt kimi qeyd edilir.
Hələ “kuliminasiya” nöqtəsinə keçid etməmişəm. Belə ki, bu menecerə cəmi 300 AZN əmək haqqı veriləcək. Hələ
üstəlik tələblərdə orfoqrafik səhvlərlə dolu olan bir cümlədə qeyd edilir ki, “Yaxşi
pul qazanmak isteyen” bizə müraciət etsin. Yaxşı pul, Bakı və 300 AZN?!
Çox “pakizə” və “əntiqə”, bundan “gözəl” day nə istəyər ki, insan?!
Bu iki misaldan aydın görmək
olur ki, bəzi işə götürənlər vakansiyanın nədən ibarət olduğunu, işçinin hansı
vəzifə və öhdəliklərinin olduğundan bixəbərdirlər.
Bütün dünyada, inkişaf etmiş ölkələrdə, Avropada, ABŞ-da və s. Reklam meneceri,
Dijital Marketinq menecer, Marketing menceri, SMM menecer, Promouter, Dizayner,
PR menecer bir-birindən fərqli ixtisas və peşələr hesab edilir. Bu məqamda Nescafe-nin 3in1 (Üçü birində) reklamı yadıma düşdü. “İşçi axtarıram-üçü birində olsun” yazardılar, gərək.
Bütün məsuliyyət və öhdəliklərə eyni bir mütəxəssisin sahib olması və hər şeylə maraqlana bilməsi nə dərəcədə düzgündür?! Üstəlik bu universal işçiyə təqdim olunan əmək haqqı 300 AZN-dir. “Möhtəşəmdir” deyilmi?!
Hər birinizə xeyirli işlər
arzulayıram.
Növbəti yazılarda oxunmaq
ümidilə...
Vahid Məsimov.
No comments:
Post a Comment