Salam, dəyərli oxucular!
Bu dəfəki yazıda son zamanlar ailə-məişət zəminində baş verən cinayət hadisələrindən, onların
artma statistikasına səbəb olan bəzi məqamlardan yazmağa çalışdım.
Hər gün bu başlıqda ən azı 2-3 xəbər oxuyuruq - “Ər arvadını
qısqanclıq zəminində öldürdü”, “Qardaşı bacısının sevgilisini...” və s.
Çox faciəvi xəbərlərdir.
Cəmiyyətimiz həddindən artıq “dəyişir”. Dünən bir yazı oxudum. Yenə də bir ailə
faciəsi və yazılana görə səbəb yenə de bu “zəhirmar”
telefon və qısqanclıq olub. Görəsən, biz
texnologiyanı niyə faydalı məqsədlər üçün istifadə etməkdə acizik?!
Böyüklərdən çox üzr istəyirəm, telefon, internet, kompyüter
və s. pornoqrafiya, çat, yazışma, başqalarının namusuna göz tikmə, “qız tutma” vasitəsi deyil axı, yalnız.
Cəmiyyəti internet pozur deyənlərə isə bir
sualım var: “Bıçaq hər kəsin evində var, deyilmi? Çoxlarımız bıçağı təyinatı
üzrə yalnız mətbəxdə istifadə edirik, bəziləri isə cinayət tərkibli əməllərdə. İnterneti pis məqsədlə istifadə edənlərin olması, internetin yararsız,
faydasız, milli mənəvi dəyərləri pozduğu anlamına gəlirmi?”
Ardını oxumağı unutmayın...
İnternetin, sosial şəbəkələri təyinatı üzrə istifadə edilməsi
halbuki necə faydalıdır. Evinizdə əyləşib
dünyanın istənilən universitetində distant təhsil almaq imkanı, internet üzərindən
ən yeni kitabları yükləmək, qloballaşan dünyada bir "ENTER" düyməsini sıxmaqla, hər hansı beynəlxalq
konfranslara qoşulmaq imkanının olması, beynəlxalq sərgilərdə,
elmi-simpoziumlarda iştirak imkanları, evinizdən dünyanın istənilən nöqtəsindəki
ticarət markalarından sifariş edə bilmək, biletlərin alınması və s. saatlarla
internetin faydalılıq indeksindən danışmaq olar.
Di gəl ki, qardaş biz nəysə bu interneti pornoqrafik
saytlar, çatlar, "qız tutma", tanışlıq, boş vaxt keçirmə və s.
kimi yöndəmsiz "məşğuliyyətlər" üçün istifadə etməyi üstün tuturuq.
Sonra da Avropadakı, ABŞ-dakı, Yaponiyadakı, Cənubi Koreydakı və s.
elmi-texniki tərəqqinin bizdə olmadığından şikayətlənirik. Olmaz axı, necə olsun ki?! Onda var məndə də olsun deməklə
olmur bu işlər.
Dəbdəbəli
Qərb hər zaman cazibəli görünüb, onların keçdiyi yola diqqətlə nəzər salsaq, nə
qədər çalışdıqlarının, yeni-yeni ixtiralara imza atdıqlarının bilavasitə şahidi
oluruq.
Cənablar
və xanımlar, demək istədiyim odur ki, səbirli olaq, çalışqan olaq, bizə verilən
nemətləri gərək faydalı şəkildə istifadə etməyə çalışaq, axı bizdə də o potensial var, hətta ondan da artığı
var deyərəm. Sadəcə onu doğru zamanda və doğru şəkildə təqdim etmək vacibdir.
Növbəti
yazılarda oxunmaq ümidilə...
Vahid
Məsimov
No comments:
Post a Comment