Salam dəyərli,
oxucular. Bu, ilin son yazısı olacaq. Yadıma 5 il 4 ay bundan öncə düşdü. Bloq yazılar yazmağa başladığım ilk il.
Mənimlə bərabər bu işə bir çox gənclərdə
başlamışdı. Hər kəs elə həvsəli idi ki. Hər zaman fikir mübadiləsi edir,
yazılarımızı ilk bir-birimizə oxudurduq.
Əvvəllər
bir az ötəri həvəs, hobbi,
qeyri-profesionallıq kimi görünürdü. Əksər dostlar bu işi bir neçə müddət
sonra iş və ailə vəziyyətinə görə buraxmalı oldular.
Yazmaq, hər hansı bir sahədə araşdırma aparmaq istedad tələb edir. Bunu oxucuya
maraqlı şəkildə təqdim etmək isə daha da çətin məsələdir, bacarıq işidir.
Heç vaxt
yazıları məhz daha böyük auditoriyalar oxusun deyə yazmadım. Əsas olan kəmiyyət
deyil, əsas olan keyfiyyətli yazı
yaza bilməkdir, hər yazının təbii ki, öz oxucusu var. Kimisi araşdırma tipli yazıları oxuyub daha
çox məlumatlanmaq istəyir, kimisi isə “şou”
xarakterli yazılara üstünlük verir. Hər iki halda seçim oxucunundur.
Ən əsası
odur ki, bu illər ərzində hər zaman yazıları oxunduz, rəylər bildirdiniz, bu
olduqca sevindirici bir haldır. Təsadüfi
deyil ki, yazılar Azərbaycanla bərabər, dünyanın müxtəlif ölkələrində-ABŞ,
Almaniya, Böyük Britaniya, Fransa, Gürcüstan, Niderland, Türkiyə, Ukrayna, Əlcəzair,
Portuqaliya, Rusiyada və s. yaşayan həmyerlilərimiz tərəfindən mütəmadi olaraq
oxunur.
Bu arada
bu ilin ən çox oxunan 3 yazısı aşağıdaklardır:
1) “Kənd məktəbindən xaricdə təhsilə- Emil Göyüşzadə ilə MÜSAHİBƏ” (http://vahidmasimov.blogspot.pt/2016/05/knd-mktbindn-xaricd-thsil-emil-goyuszad.html)
2) “Avropa Təhsil Sistemi” (http://vahidmasimov.blogspot.pt/2016/03/avropa-thsil-sistemi.html)
3) “İş axataranlara” (http://vahidmasimov.blogspot.pt/2016/11/is-axtaranlara.html)
1) “Kənd məktəbindən xaricdə təhsilə- Emil Göyüşzadə ilə MÜSAHİBƏ” (http://vahidmasimov.blogspot.pt/2016/05/knd-mktbindn-xaricd-thsil-emil-goyuszad.html)
2) “Avropa Təhsil Sistemi” (http://vahidmasimov.blogspot.pt/2016/03/avropa-thsil-sistemi.html)
3) “İş axataranlara” (http://vahidmasimov.blogspot.pt/2016/11/is-axtaranlara.html)
Dəyərli oxucular, hər zaman keyfiyyətli yazılara üstünlük
verdiyiniz üçün təşəkkür edirəm.
Hər
birinizə gözəl və mənalı keçəcək bir 2017 arzu edirəm. Canı sağ,
vicdanı və əlləri təmiz, sevdiklərinizin ətrafınızda, çətinliklərinizin arxanızda
qaldığı bir il. Unutmayaq ki, problemlər
maneə deyil, yeni bir inkişafa təkandır.
Növbəti
yazılarda oxunmaq ümidilə...
No comments:
Post a Comment