Dumansız...
Bəli, dumansız... Səhv görmürsünüz, hər şeyi doğru müşahidə edirsiniz. Həyatımda duman yoxdur və hər şey xoşdur, keçirəm əsas məsələyə...
Sağlamlıq
insan həyatını xoşbəxt edəcək əsas amillərdən biridir desəm, yanılmaram.
Kimisi, həyatını sağlam şəkildə, kimisi isə pis vərdişlərin aludəçisi olaraq
keçirir.
Siqaret... Əzablı ölüm, bədbəxt
sona gətirib çıxarır.
Siqaret maddi, mənəvi, fiziki, həm də psixoloji olaraq
sağlamlığımıza mənfi təsir edir. İlk öncə maddi tərəfləri barədə: Kiçik araşdırmam sahəsində müşahidə etdim ki, aylıq siqaret xərcləri 25-30, bəzilərində isə hətta 35-40 manat arasında dəyişir. Düşünün, minimum əmək haqqı alan orta Azərbaycan vətəndaşı 120-140 manatın 1/4 –ni buna xərcləsə, nə baş verir?
Mənəvi, psixoloji və tibbi səbəblərinə gəldikdə isə,
nikotin böyrəküstü vəzilərindən adrenalin ve noradrenalin hormonlarının ifraz
olunmasına, mədə yarasına, qan təzyiqinin yüksəlməsinə, mərkəzi sinir sisteminə
birbaşa təsir edir, dil, dodaq, yemək borusu və ağciyər xərçənginin yaranmasına,
xroniki bronxitə və emfizemaya (ağciyər xəstəliyi), hafizə zəifliyinə və
psixoloji gərginləyə, ürək əzələsi infarktının, xüsusilə miokard infarkti səbəb
olur ki, bu da bugün ölkəmizdə və bütün dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən
biridir. Siqaret çəkməyin zərərləri, şübhəsiz ki, burada göstərilənlərdən daha
çoxdur. Indiyə qədər siqaret çəkməyin faydasını heç kim görməmişdir.
Ümumdünya
Səhiyyə Təşkilatının araşdırdığı statistikanı sizlərə təqdim edirəm:
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatına görə, ötən əsrdə 100 milyon insan bu zərərli
vərdişin qurbanı olub. Dünyada ən çox siqaretdən istifadə olunan ölkələr
arasında Çin, Hindistan, İndoneziya, Braziliya, Banqladeş, Almaniya və Türkiyənin
adı çəkilir. Dünya üzrə hər 5 saniyədə 1 nəfər siqaretdən yaranan xəstəlikdən
ölür. Bu gün dünyada hər 4 nəfərdən biri, başqa sözlə, 1,7 milyarda yaxın insan
siqaret çəkir. ÜST-ün verdiyi məlumata görə, hər il tütün məmulatlarından
istifadə 5,4 milyona yaxın insanın həyatına son qoyur. 2020-ci ildə isə, bu rəqəmin
2 dəfə artacağı gözlənilir. XXI əsrdə 1 milyard insanın tütündən öləcəyi gözlənilir.
Son
dövrlər, gənclər və yeniyetmələr arasında bu pis vərdişin daha çox yayıldığını
müşahidə edirəm. Əlbətdə, bu hadisə utancvericidir. Nə qədər ki, gec deyil atın
bu “zibil”i.
Əziz
dostlar və dəyərli insanlar, siqaretin təhlükələri barədə bu qədər məlumatı
oxdunuzsa, TƏRK EDİN ONU!!! O, səni yaxınlarından, yaxınlarını da səndən ayıracaq. Ən əsası o səni səndən alacaq.
Növbəti bloqda oxunanadək, zərərli vərdişlərdən uzaq olmağınız ümidiylə...
Vahid Məsimov
Vahid Məsimov

super ....Tural
ReplyDeleteSalam. Mən siqaret çəkmirəm. oxudum. Siqaret təbii ki, insan sağlamlığına zərərlidir. Hətta qutusunun üzərində də bu aydın şəkildə qeyd edilb. bu günə qədər siqaret çəkməmişəm. Hərbi xidmətdən 3 gündür ki gəlmişəm, 1 il hərbi xidmətfə oldum və bu 1 il müddətində çox darıxdım. Əsgər yoldaşlarım darıxmamağım üçün siqaret çəkməyimi təklif etdilər. Və gələn gününə qədər bu təkliflər oldu. Mən də təbii ki bu "təklifləri" qəbul etmədim. Hərdən içki içsəm də siqaretdən uzaq insanam...
ReplyDeleteeladi,cemiyyetin xususilede genclerin esas problemi olan bir meseledi ve bu mesele cox canlar alir.Insanlara komek etmek isdeyi cox yaxsidi bu yolda sene ugurlar.emin ola bilersen men cekmirem
ReplyDeleteellerine sagliq qaqam
ReplyDeleteOxudum çox maraqlıdı yeni gundemin en esas problemlerinden biridi. Inaniram ki bu sözlər coxuna təsir edəcək ve nəticəsi olar inshAllah
ReplyDeleteElmidir, gozel.
ReplyDeleteBu qewngdir, ama 1-ci bundan da yaxwi idi.
ReplyDeleteOxudum..men daha ferqli yanasma gozleyirdim senden.meseleye daha cox mativasyon yanasmaq gozel olar.meselen siqaretin ziyanlarini hami bilir.cekmeyeceyin halda elde ede bileceklerinden yazmaq olar.bizim olkede din boyuk guce malikdi.meseleye qisa wekilde din terefdende yanawib gunah oldugunu vurgulamaq olar.ama yenede gozeldi)ellerine sagliq))
ReplyDeleteEllerine sagliq qardashim, eladir ^_^
ReplyDeleteHər zaman yazılarıma bu qədər diqqət verib, vaxtınızı ayırıb oxuduğunuz üçün hər birinizə minnətdaram.
ReplyDelete#dumansız#
Təsirli yazıdır. Təbriklər ,Vahid!
ReplyDeleteƏla, tamamilə razıyam və dəstəkləyirəm.
ReplyDelete