Dəyərli oxucu, bu
dəfə etibarsızlıqdan, etinadsızlıqdan, biganəlikdən yazmağa
çalışdım.ETİBARSIZLIQ, ETİNADSIZLIQ, BİGANƏLİK…
Niyə bizi nsanlar ətrafımızdakılara qarşı bu qədər biganəyik? Sevdiklərimizin qədrini yalnız onlar yanımızda və ya həyatda olmadıqda anlayırıq.
Sevdiklərini itirib-axtarmamasının, biganəliklərinin səbəbini“vaxtsızlıq”kimi bəhanələrlə əsaslandıranlar, haqqqazandırmağa çalışanlar. Yəqinki, sizdə dəfələrlə bunun şahidi olmusunuz.
Bağça, məktəb, universitet, hərbi xidmət, iş kollektivi və s. müəyyən qədər çevrəyə sahiblik formalaşdırır. Ələkdən keçirə-keçirə bir də görürsən…
Etibarsızlar kütləsi. Bu kütləyə daim öz işləri, məqsədləri və maraqları naminə səni axtaranlar daxildir. Məşhur amerikalı sosioloq Louis Wirthin fikri yadıma düşür belə anlarda: “İnsanlar müəyyən zamandan sonra aralarında olan dostluq-qohumluq münasibətlərini yalnız öz maraqları çərçivəsində davam etdirəcəklər”. Uzun sözün qısası sosioloq hələ XX əsrin əvvəllərində bu nəzəriyyəni irəli sürərək, maraq və məqsədlər daxilində insanların bir-birindən “istifadəsinin”mümkünlüyünü vurğulamışdır.
Məlum Vətəndən, sevdiklərimizdən və hərşeydən 6000 km uzaqdayıq. Hər kəsi tanımaq, daha yaxşı dərk etmək, insanların davranışlarının müşahidə etməkdir uzaqlıq həmdə. Şükürlər olsun, az da olsa saf və təmiz ruhlu insanları ətrafımızda hər zaman var edən Rəbbimizə.
Bizi xoşbəxt edənlərə, diqqətini və qayğısını hər zaman hiss etdirən insanlara, sevdiklərimizə, ailəmizə və dostlarımıza dəyər verib, diqqətimizi, sevgimizi göstərməyimiz bu qədərmi çətindir?
Dəyəri layiq olana verin ki, dəyər sahibi olasınız.
Sevdiklərimizə qarşı biganə qalmayaq. Hər zaman bizi xoşbəxt edə biləcək insanların qədrini bilək! Əks halda illərlə qazandıqlarımızı asanlıqla itirə bilərik.
Dəyərə sahib insanlara dəyər verməyi dərk etmək ümidilə, növbəti yazılarda oxunanədək…
Vahid Məsimov
No comments:
Post a Comment